özünə görə

to find (to choose) smth. to suit oneself (to one’s liking) по себе (найти, по-добрать что-либо по своему вкусу, размеру)
özünə gətirmək
özünə götürmək
OBASTAN VİKİ
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover) – xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Özünə nifrət edən yəhudi
"Özünə nifrət edən yəhudi" və ya avtoantisemit (ivr. ‏אוטואנטישמי‏‎, oto'antishémi; feminen forması – ivr. ‏אוטואנטישמית‏‎, oto'antishémit) — hər hansı bir konkret məsələyə baxışı antisemitizm kimi qəbul edilən yəhudini təsvir etmək üçün istifadə edilən peyorativ termin. Bu termin XXI əsrdə xüsusilə sağçı baxışları olan insanlar tərəfindən solçu baxışları olan və ya öz siyasi baxışlarına zidd olaraq qəbul edilən digər yəhudilərə qarşı peyorativ şəkildə geniş şəkildə tətbiq edilmişdir. Anlayışın tanınması Almaniya yəhudilərindən olan filosof Teodor Lessinq tərəfindən 1930-cu ildə "Der jüdische Selbsthaß" (hərf. Yəhudi özünə nifrəti) kitabı nəşr edildikdən sonra geniş vüsət almışdır. Lessinq burada yəhudi ziyalıları arasında iudaizm haqqında fikirlərini ifadə edərək antisemitizmi qızışdırmağa yönəlmiş bir meyli izah etməyə çalışmışdır. İndiki dövrdə yəhudi diasporu daxilində özünə nifrətdən qaynaqlanan antisemitizm bəzi yəhudilərin Ərəb–İsrail münaqişəsini dərk etmələrinə görə öz kimliklərinə nifrət etmələri fonunda "Soyuq müharibə dövründə sionizmlə bağlı müzakirələrdə və ondan kənarda açar opprobrium termininin bir hissəsinə" çevrildiyi deyilir. Ronald Hendelə görə, yəhudilərin əcdadları olan İsrail övladları əcdadlarının adət-ənənələrini "yad" və "təhlükəli" kimi təsvir edərək Kənan irsini adətən rədd edirdilər. Filip Bohstrom İsrailin əcdadı olan İbrahimin amorey olduğuna inanır, lakin bu, sonradan amoreylərə qarşı Mesopotamiya qərəzlərini qəbul edən "Bibliya" müəllifləri tərəfindən anlaşılmaz hala gətirilmişdir. Gili Kluger iddia edir ki, "Bibliya"da Amalek övladları haqqında rəvayətlər İsrail xalqı arasında özünə nifrət hissini əks etdirir.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
"Xidmətlərə görə" ordeni
Xidmətlərə görə ordeni (Fransa)
"İgidliyə görə" medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. == Təsviri == "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == Təltif edən orqan == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. == Medalın ümumi təsviri == Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. === Medalın ön tərəfi === Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
"Əməkdə fərqlənməyə görə"
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Sərxoşluğa görə medalı
Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib. Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.
İgidliyə görə medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı Sovet İttifaqının mülki əmək mükafatı olub, elm, mədəniyyət sahələrində fədakarlığı ilə seçilən xüsusilə layiqli işçilərə verilir. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. Onun əsasnaməsinə üç dəfə növbəti fərmanlarla dəyişiklik edilib, əvvəlcə 1943-cü il iyunun 19-da onun təsvirində dəyişiklik edilib, sonra 16 dekabr 1947-ci ildə əsasnaməsinə dəyişikliklər edilib və nəhayət, iyulun 18-də. 1980 sonuncu dəyişikliklər edilib. Əlli ildən bir qədər artıq mövcud olduğu müddətdə o, iki milyona yaxın vətəndaşa verilib. 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılmasından sonra medalın verilməsi dayandırılıb. "Əmək igidliyinə görə" medalı fəhlələrə, fermerlərə, xalq təsərrüfatının mütəxəssislərinə, elm, mədəniyyət, təhsil, səhiyyə və s. işçilərə-SSRİ vətəndaşlarına, müstəsna hallarda isə xarici vətəndaşlara verilir: normaları, tapşırıqları və sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirmək, məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün fədakar və yaradıcı əmək; qiymətli innovasiyalar və səmərələşdirici təkliflər üçün yeni texnologiyalardan səmərəli istifadə və qabaqcıl texnologiyaların işlənib hazırlanması; elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil, səhiyyə, ticarət, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, kommunal xidmətlər, məşğulluğun digər sahələrində nailiyyətlər; gənclərin kommunist tərbiyəsi və təlimində səmərəli iş, uğurlu ictimai və ictimai fəaliyyətə görə; bədən tərbiyəsi və idman sahəsində nailiyyətlər. “Əmək igidliyinə görə” medalı sinənin sol tərəfində və SSRİ-nin digər medalları olduqda, Naximov medalından dərhal sonra taxılırdı. Rusiya Federasiyasının mükafatları olan zaman geyilən halda, sonuncular üstünlük təşkil edir.
“Əməkdə fərqlənməyə görə”
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Rusiyanın Cənubi və Şərqi Ukraynanı özünə birləşdirməsi
30 sentyabr 2022-ci ildə Rusiya Federasiyası Ukrayna ərazisinin təxminən 15%-ni təşkil edən qismən işğal edilmiş Ukraynanın Luqansk (Luqansk Xalq Respublikası), Donetsk (Donetsk Xalq Respublikası), Zaporojya və Xerson vilayətlərinin ilhaqı üçün razılıq müqaviləsi imzalanmışdır. Rusiya münaqişənin hökm sürdüyü dörd regiondan heç birinə nəzarəti tam formada ələ keçirməyi bacarmamışdır və 2022-ci il Rusiya-Ukrayna müharibəsi başlayandan bəri regiondakı əhalinin əksəriyyəti regionu tərk etmişdir . İlhaq Moskvada dörd regionun rəhbərləri (Leonid Pasechnik, Denis Pushilin, Yevgeni Balitsky və Vladimir Saldo) və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən mərasimdə rəsmiləşdirilmişdir. Ukrayna, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilhaq mərasiminin heç bir hüquqi dəyəri olmadığını bildirmişdir. İlhaq dörd regionda Rusiyanın dəstəklədiyi separatçıların hakimiyyət orqanlarının keçirdiyi referendumlardan sonra baş vermişdir. İlhaq ümumiyyətlə pislənmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.
Hərbi xidmətlərə görə medalı
"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir. == Əsasnaməsi == "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. "Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. "Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır. == Təsviri == "Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir: "Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.
Məskunlaşdığı qitələrə görə ölkələr
Onilliklərinə görə pornoaktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Qüsursuz xidmətə görə medalı
"Qüsursuz xidmətə görə" medalı (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Sahəsinə görə göllərin sıralaması
Sahəsinə görə göllərin sıralanması * Duzlu göl Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
“Əmək igidliyinə görə” medalı
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı Sovet İttifaqının mülki əmək mükafatı olub, elm, mədəniyyət sahələrində fədakarlığı ilə seçilən xüsusilə layiqli işçilərə verilir. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. Onun əsasnaməsinə üç dəfə növbəti fərmanlarla dəyişiklik edilib, əvvəlcə 1943-cü il iyunun 19-da onun təsvirində dəyişiklik edilib, sonra 16 dekabr 1947-ci ildə əsasnaməsinə dəyişikliklər edilib və nəhayət, iyulun 18-də. 1980 sonuncu dəyişikliklər edilib. Əlli ildən bir qədər artıq mövcud olduğu müddətdə o, iki milyona yaxın vətəndaşa verilib. 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılmasından sonra medalın verilməsi dayandırılıb. "Əmək igidliyinə görə" medalı fəhlələrə, fermerlərə, xalq təsərrüfatının mütəxəssislərinə, elm, mədəniyyət, təhsil, səhiyyə və s. işçilərə-SSRİ vətəndaşlarına, müstəsna hallarda isə xarici vətəndaşlara verilir: normaları, tapşırıqları və sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirmək, məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün fədakar və yaradıcı əmək; qiymətli innovasiyalar və səmərələşdirici təkliflər üçün yeni texnologiyalardan səmərəli istifadə və qabaqcıl texnologiyaların işlənib hazırlanması; elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil, səhiyyə, ticarət, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, kommunal xidmətlər, məşğulluğun digər sahələrində nailiyyətlər; gənclərin kommunist tərbiyəsi və təlimində səmərəli iş, uğurlu ictimai və ictimai fəaliyyətə görə; bədən tərbiyəsi və idman sahəsində nailiyyətlər. “Əmək igidliyinə görə” medalı sinənin sol tərəfində və SSRİ-nin digər medalları olduqda, Naximov medalından dərhal sonra taxılırdı. Rusiya Federasiyasının mükafatları olan zaman geyilən halda, sonuncular üstünlük təşkil edir.
"Rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Xidmətlərə görə" ordeni (Livan)
Xidmətlərə görə ordeni — 16 yanvar 1922-ci ildə təsis edilmiş Livanın xidmətlərinə görə ordendir. == Tarix == Livanın Fəxri Ordeni 1080 saylı qərarla (16 yanvar 1922-ci il tarixli) yaradılmışdır və mükafatlar haqqında fərmanla (12 iyun 1959-cu il tarixli 122 saylı Qanun) tənzimlənir.
"Xidmətlərə görə" ordeni (Polşa)
Polşa Respublikasının Xidmətlərinə görə ordeni ( pol. Order Zasługi Rzeczypospolitej Polskiej ) 1974-cü ildə yaradılmış Polşanın xidmətlərinə görə ordendir və Polşa qarşısında böyük xidmətlər göstərmiş şəxslərə verilir. Həmçinin Xaricilərə və ya xaricdə yaşayan polyaklara verilir. Buna görə bəzən ənənəvi "diplomatik sifariş" kimi də adlandırılır. == Tarix == Orden 10 aprel 1974-cü il tarixli aktla Polşa Xalq Respublikasının Xidmətlərə görə ordeni ( Zasługi Polskiej Rzeczypospolitej Ludowej ordeni ) kimi təsis edilmişdir. Xalq Cümhuriyyəti qurulduqdan sonra Ağ Qartal ordeni istifadədən çıxdığından sonra yeni ordenə ehtiyac yaranmışdı. Bu tarixi əks etdirən hər iki sifarişdə oxşar rəng və dizaynlardan istifadə edilib Polşa Xalq Respublikasının xidmətlərinə görə ordeni beş dərəcə üzrə verilir: Böyük Kordon ordeni, Ulduzlu komandir, komandirlik, Qızıl orden nişanı və gümüş orden nişanı. Polşa Dövlət Şurası tərəfindən mükafatlandırılmışdır. 1989-cu ildə Polşada kommunizmin süqutundan sonra lazımi dəyişikliklərlə nizamın saxlanmasına qərar verildi. 1974-cü il aktında və ya ordenin adında rəsmi dəyişiklik edilmədən, 16 aprel 1991-ci il tarixli prezidentin fərmanı ilə fərqlənmə nişanları indikilərə dəyişdirildi.
Xidmətlərə görə ordeni (Livan)
Xidmətlərə görə ordeni — 16 yanvar 1922-ci ildə təsis edilmiş Livanın xidmətlərinə görə ordendir. Livanın Fəxri Ordeni 1080 saylı qərarla (16 yanvar 1922-ci il tarixli) yaradılmışdır və mükafatlar haqqında fərmanla (12 iyun 1959-cu il tarixli 122 saylı Qanun) tənzimlənir.